"Hünəriniz var bir də qarğış yazasınız" - TƏRANƏ QUMRAL - VİDEO

"Hünəriniz var bir də qarğış yazasınız" - TƏRANƏ QUMRAL - VİDEO
ŞOU-BİZNES / Video

19 yanvar 2021, 11:09

Mətn ölçüsü

Müğənni Təranə Qumralın "İnstagram"da paylaşdığı videosu müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, ifaçı görüntüdə ünvanına yazılan təhqirlərə cavab verib: "Görürsünüz ki, düz bir ildir nə efirə çıxıram, nə də özümlə bağlı sosial şəbəkədə video, şəkil paylaşıram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz ki, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza, balalarınızın başında tökülsün. Hünəriniz var bir də qarğış yazasınız".

Sevda Bayramova

YouTube