"Mənim hesabıma biznes quran, işini qaldıran, maşın, ev alanlar..." - PƏRVİN ABIYEVA

"Mənim hesabıma biznes quran, işini qaldıran, maşın, ev alanlar..." - PƏRVİN ABIYEVA
ŞOU-BİZNES

19 yanvar 2021, 13:17

Mətn ölçüsü

"Kimlərsə gözləyir ki, üzr istəyəcəm? Niyə? Heç vaxt şəxsi fikrimə görə üzr istəmərəm. Nə vaxt səhv olub, təhqir edərəmsə, üzr də istəyərəm. Demişəm, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Biriniz burda təhqir, söyüş, kasıbları təhqir edən söz çıxarsın ona 50 min pul verəcəm. Dediyim sözün arxasındayam. Bəli, heç bir qız istəməz ki, ailə qurduğu oğlan ona kasıb həyat yaşatsın.".

News24.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "İnstagram"ın canlı yayımında deyib. Aktrisa əsgərin ona ünvanladığı "Eşitdim Pərvin Abıyeva deyib ki, kasıb oğlana ərə getmək istəmər. Mən də Pərvin Abıyevaya demək istəyirəm ki, sənin bütün nəslini qoruyan bu kasıb oğlanlar olub" sözlərinə sərt cavab verib: "Pandemiyada ən az 70 kasıb ailəyə yardım etdim. Bunu görə-görə niyə unutdunuz? Götürüb hansısa əsgərə video çəkdirirsiz. Əsgərin işi şou-biznes adamına söz yollamaqdır? Əminəm ki, o əsgərin heç nədən xəbəri yoxdur. Müharibə vaxtında Tərtərə gedib orda 300 əsgərə öz əllərimlə yemək vermişəm. O haqqımda video çəkdirdiyiniz əsgərin bundan xəbəri var? Demisiniz bunu ona? Xeyr, çünki sərf etmir".

Pərvin rəfiqələrinin bu günlərdə ona dəstək olmadığını deyib: "Bu günə kimi sıfırdan qaldırdığım rəfiqələrim danışsın. Hanı mənim dəstək olduğum rəfiqələr. Demişəm, siz iş qurun, paylaşıb sizi qaldıracam. Mənim hesabıma biznes quran, işini qaldıran, maşın, ev alanlar...Niyə biriniz çıxıb məni paylaşmırsınız? "Pərvin, filan paylaşımı et" deyəndə, yaxşı qız oluram?".

Sevda Bayramova