"İstəmirsinizsə qulaq asmayın" - Elnarədən Dilçilik İnstitutuna sərt cavab
    • 20-10-2018, 14:30
    • 828

"İstəmirsinizsə qulaq asmayın" - Elnarədən Dilçilik İnstitutuna sərt cavab

Bəzi ifalarında "qadoy alım" sözünü işlətməsi ilə adı  Dilçilik İnstitutunun qara siyahısında hallanan əməkdar artist Elnarə Abdullayeva deyilənlərə münasibət bildirib.

O, ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində Dilçilik İnstitutuna cavab verib. 

"Mən belə danışıram. Heç kim mənə deyə bilməz ki, sən belə yox, elə danış. İstəyirsiniz qulaq asın danışığıma, istəmirsinizsə qulaq asmayın. İstəyir Dilçilik İnstitutu, istəyir kim olursa olsun, mənim dilimi dəyişə bilməz. Mən dilimi, dinimi heç kimə görə dəyişmərəm. Azərbaycanda hamı bir dildə danışası deyilki. Həmin o institutda işləyənlər özləri kimi danışır".