Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı rolunda - FOTO
    • 22-10-2018, 15:00
    • 1 419

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı rolunda - FOTO

Mərhum aktrisa Xanım Qafarovanın qızı özünü aktrisa kimi sınamağa başlayıb.  
Bir müddət əvvəl Türkiyəyə gedən mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər artıq rol alacağı filmin çəkiliş meydançasındadır. Filmin əsas rollarindan birinə çəkilən Gövhər, Qars vilayətindən gələn Mahsun Kırmızıgülün qızı obrazını canlandıracaq. 
 
Qeyd edək ki, onun filmdə çəkilməsi "Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

//AZXEBER.COM