"Yalnız bir gün yox, hər dəqiqə, hər saat onların bayramı olmalıdır" - ZÜLFİYYƏ XANBABAYEVA - VİDEO

"Yalnız bir gün yox, hər dəqiqə, hər saat onların bayramı olmalıdır" - ZÜLFİYYƏ XANBABAYEVA - VİDEO
ŞOU-BİZNES / Video

08 mart 2021, 18:47

Mətn ölçüsü

"Mənə görə Qadın günü olmur. Hər saniyə, dəqiqə, saat onların günü, bayramıdır".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva 8 Mart Qadınlar günü ilə bağlı təbriklərini çatdırarkən bildirib. O, qeyd edib ki, Azərbaycan Qadınları dünyanın ən fədakar, ən güclü xanımlarıdır: "Mənə görə, qadın günü olmur. Hər saniyə, dəqiqə, saat onların günü, onların bayramıdır. Düzdür, bu il mən 8 Martı qeyd etmirəm. Amma yenə də  bütün xanımlara can sağlığı arzu edirəm. Dünyaya insan gətirən məhz qadındır. Bizim xanımlarımız da  həm zərif, həm də çox güclüdürlər, çiyinlərində hər bir ağır yükü daşıya bilirlər. Ürəkləri çox böyük, qəlbləri yumşaqdır.  Qeyrətli, namuslu, şərəflidirlər. Bir daha hər birini təbrik edir, onlara səadət arzu edirəm".

Sevda Bayramova

YouTube