USD 1.7
EUR 1.8941
TRY 0.2634
RUB 0.0215
  • Bakı 17°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 11°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 13°C
  • QUBA 14°C
  • NAXÇIVAN 12°C

Məhkəməylə hədələnən Xatun geri çəkildi

ŞOU-BİZNES

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xatun Əliyeva instaqramda müzakirələrə səbəb olan status yazıb.  İfaçı dodağı silikonlu gəncin fotosunu paylaşaraq şou-biznes üzvlərindən birinə atmaca atıb.

Müğənni  paylaşıma yazdığı şərhdə söz atdığı şəxsin həm rəqqasə, həm də müğənni olduğunu bildirib. Bu rəydən sonra instaqram istifadəçiləri Xatunun Fatimə Fətəliyevaya ismarış göndərdiyini iddia ediblər. Hətta Fatimə Fətəliyeva da həmin postu öz üzərinə götürərək qarşı tərəfi məhkəməyə verəcəyini bildirib. 

Rəqqasənin Xatunu məhkəməyə verəcəyi barədə instaqramda yazdığı paylaşımdan sonra qarşı tərəf açıqlama yayıb. Xatunun köməkçisi bildirib ki, müğənni F. Fətəliyevaya söz atmayıb və yazılanlar həqiqəti əks etdirmir:

"Xatun xanım öz paylaşımında ad çəkməyib. Fatimə xanımın yazılanları üzərinə götürüb gündəm yaratması isə özünə olan münasibətin göstəricisidir”.

//Qafqazinfo.az

Xəbəri paylaş: