Şəbnəm Tovuzlu: "Qoy Familin arvadı pis olsun, mənim o boyda "həcim" var"

Şəbnəm Tovuzlu: "Qoy Familin arvadı pis olsun, mənim o boyda "həcim" var"
ŞOU-BİZNES / SİYASƏT

26 oktyabr 2018, 12:05

Mətn ölçüsü

Şəbnəm Tovuzlu müğənni həmkarı Vəfa Şərifovanın ana olması haqda danışıb.
Müğənni  deyib ki, Vəfanın uşağının atasının kimliyi onu maraqlandırmır: "Bəzi saytlar yazır ki, Vəfanın Famildən uşağı olub və Şəbnəm şokdadır (gülür). Şəbnəm niyə şoka düşsün ki? Qoy Familin öz arvadı bu xəbərdən şoka düşsün, mənim həcimə nə gəlib? (gülür) Boş xəbərlərdi də, fikir verməyin". 
Şəbnəm hazırda Rusiyada olduğunu da deyib: "Mən 5 gündür ki, Rusiyanı şəhər-şəhər gəzirəm, burada konsertlərim var. Belə xəbərləri isə sadəcə gülürəm, qoy bu xəbərə də bəziləri şok olsun".
 
Xatırladaq ki, olke.az saytının yazdığına görə, müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib. Məlumata görə, uşağın atası bir müddət öncə adı Şəbnəm Tovuzluyla hallanan Famil Xəlilovdur. Saytın yazdığına görə, hələ bir müddət öncə V.Şərifovayla Şəbnəm Tovuzlu (Əsədova) arasında münasibətlər məhz F.Xəlilova görə gərginləşmişdi. Belə ki, uzun müddət onunla vətəndaş nikahında yaşayan Xəlilovun başqa bir sənətçiylə münasibətini qəbul edə bilməyən Ş.Tovuzlu Vəfayla danışmırdı.

//azxeber.com