"Azərbaycanı işıl-işıl parladacam" - Əfəndi ilə VİDEOMÜSAHİBƏ

"Azərbaycanı işıl-işıl parladacam" - Əfəndi ilə VİDEOMÜSAHİBƏ
ŞOU-BİZNES / MÜSAHİBƏ

14 aprel 2021, 18:08

Mətn ölçüsü

Azərbaycanı "Eurovision-2021"də təmsil edəcək gənc müğənni Samirə Əfəndi News24.az-ın suallarını cavablandırıb.


- "Eurovision"a sayılı günlər qalıb. Hazırlıqlar nə yerdədir? Gərgin qrafik səni yorurmu?  

- Ötən il bu qrafikə öyrəncəli olmadığım üçün bir az çətin idi. Bu il isə daha asandır. Artıq anlayırsan ki, verilən son tarixə qədər işlərini görüb təhvil verməlisən. Sonda isə verilən 3 dəqiqə ərzində isə bütün maşaçıları fəth etməlisən. Vokal və rəqs məşqlərimiz çox intensiv keçir. Pəhrizə əməl edirəm. Ümumiyyətlə çalışıram ki, özümü formada saxlayım. Bu mənim çıxışıma da müsbət təsirini göstərəcək.  
 
- Avropa dinləyiciləri “Mata Hari”ni “Cleopatra” qədər sevdi. Hətta bu ilki mahnının “Cleopatra”dan daha çox bəyənənlər də var. Elə son müsahibəmizdə də seçiləcək yeni mahnının ötən ilki qədər uğurlu olmasını istəmişdin. Qane etdimi? 

- Sözsüz ki qane etdi. “Mata Hari”nin seçilməsini çox istəyirdim. Ümumiyyətlə, bu il seçimimiz çox idi. Müxtəlif ölkələrdən fərqli üslublarda iki yüzə yaxın mahnı gəlmişdi. Onların içindən mənə uyğun 6-sı seçildi. Komanda arasında fikir ayrılığı yaşayırdıq. Bəxtimdən elə “Mata Hari” seçildi.  

- Spoyler vermədən, “Mata Hari”nin Avropa səhnəsini patrladacağını deyə bilərsənmi? 
 
- Spoyler vermədən mümkün deyil. Amma bir şeyi dəqiq deyə bilərəm ki, mahnı və səhnə performansını yüz faizlik tamaşaçıya çatdırmaq üçün çalışırıq. Gözəl geyimlərimiz, rəqslərimiz olacaq. Ən əsası isə səhnəmiz par-par parlayacaq.  

- Bu il “Eurovision”da favoritin kimdir? 
 
- Əslində güclü, gözəl, fərqli mahnılar çoxdur. Bizim yarımfinala düşən mahnılar da hamısı favoritlərdir. Mənim siyahımda İslandiya, İsrail, Böyük Britaniya və Rusiyadır.  

- Onların arasında özünə rəqib gördüklərin varmı? 

- Onsuz da hamımızın istəyi və məqsədi birdir. Bunun üçün də çalışırıq. Deyim ki rəqabət var, yox. Əksinə xoş münasibət var. Bir-birimizə gözəl mesajlar yazıb dəstəkləyirik. 
- Bu ilki “Eurovision” mahnımız seçiləndə çoxunda sual yarandı ki, niyə məhz “Mata Hari”? 

- “Mata Hari” adını tarixə güclü qadın kimi yazdırıb. Ola bilsin ki, nə vaxtsa onu anlamırdılar. Həm “Cleopatra” həm də “Mata Hari” güclü qadınlardan bəhs edirdi. Məqsədim də budur ki, ifa etdiyim mövzularda dinləyicilər özlərini görə bilsinlər. Özlərinə olan əminliklərini itirməsinlər. Güclərinə inansınlar.  
 
- Sən özün də güclü qadınsan... 

- Hər halda... (gülür)

- Samirə, bildiyimiz kimi “Mata Hari”də Niderlandda doğulub. Müsabiqə də bu il orda gerçəkləşəcək. Bu bir işarətdir? 

- Mən işarətlərə inanıram və düşünürəm ki, həyatda heç nə elə-belə olmur. Əgər, hər şey işarələrlə bizə doğru gəlirsə, deməli bunun sonluğu yaxşı olacaq. 

- Klip artıq 3 milyonu keçdi. Dinləyicilərinə burda nə demək istəyirsən? 

- Sona qədər məni dəstəkləsinlər. Xüsusilə də xaricdə yaşayan həmyerlilərimdən böyük dəstək gözləyirəm və hər birinizə daim güclü olmağınızı arzu edirəm. Hansı peşədə olmağınızdan aslı olmayaraq çalışın hər zaman güclü, uğurlu və ideal olun.  


- Sən ölkəmizi beynəlxalq arenada artıq ikinci dəfədir ki, təmsil edəcəksən. Bu necə bir hissdir? 

- Bu çox qürurverici bir hissdir. Çox xoşbəxtəm ki, ard-arda iki il ölkəmi təmsil edəcəm. Mən də çalışacam heç kimin etimadını boşa çıxarmayım. Əksinə, bütün etimadları doğruldum.

Video: Hüseyn Həsənov
Montaj: Adil Ağayev

Teymur Məmmədov Teymur Məmmədov

YouTube