Nura Surinin doğum günü HƏDİYYƏSİ - VİDEO - FOTOLAR

Nura Surinin doğum günü HƏDİYYƏSİ - VİDEO - FOTOLAR
ŞOU-BİZNES / Video

15 aprel 2021, 11:28

Mətn ölçüsü

Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.

News24.az xəbər verir ki, sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova aid "Hərdən bir" adlı mahnısını ekranlaşdırıb.

Klipi rejissor Emin Muradov və Elimaxography ərsəyə gətirib.

"Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda "Hərdən bir" yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun", - deyə Nura Suri bildirib.

Qeyd edək ki, sənətçi klipdə model Nicat Ələkbərli ilə kamera qarşısına keçib. Onun fotolarını isə Telman Heybətov çəkib.

Sevda Bayramova Sevda Bayramova

YouTube