“Qalmaqaldan uzaq olacağıq” - İZZƏT YENİ VERİLİŞİNDƏN DANIŞDI

“Qalmaqaldan uzaq olacağıq” - İZZƏT YENİ VERİLİŞİNDƏN DANIŞDI
ŞOU-BİZNES

16 aprel 2021, 21:07

Mətn ölçüsü

Müğənni İzzət Bağırov yeni verilişi haqqında danışıb. 

News24.az-a açıqlama verən müğənni bildirib ki, verilişi həftənin cümə günü efirə gedəcək: “Verilişim “İzzət şou” adlanır. MTV rəhbərliyinə təşəkkür edirəm ki, layihəmi bəyəndilər, qəbul etdilər. Böyük studiyada canlı orkestrla gözəl verilişim olacaq. Biz canlı ifalara üstünlük verəcəyik, sevilən sənətçilərlə tamaşaçıların qonağı olacağıq. Çalışacağıq ki, qalmaqaldan, söz-söhbətdən uzaq olaq”.

Qeyd edək ki, “İzzət şou”nun ilk efir günü aprelin 23-ü olacaq.

Sevda Bayramova Sevda Bayramova