Xalq artisti xəstəxanadan evə BURAXILIR

Xalq artisti xəstəxanadan evə BURAXILIR
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

26 aprel 2021, 12:22

Mətn ölçüsü

"Bu gün artıq xəstəxanadan evə buraxılacam. Özümü çox yaxşı hiss edirəm, testlərimin nəticələri də yaxşıdır".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.

O, bu müddət ərzində onu tək buraxmayan sevənlərinə də təşəkkürünü bildirib: "İlk növbədə peşəkar həkimlərimizə, daha sonra isə xalqıma öz təşəkkürümü bildirmək istəyirəm. Dünyanın dörd bir yanından zənglər gəldi. Hər kəsə təşəkkür edirəm. Həqiqətən də bu xəstəlik çox dəhşətli bir şeydir. Allah heç kimə belə bir dərd verməsin". 

Qeyd edək ki, koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunub. 

Sevda Bayramova Sevda Bayramova