"O biabırçı hadisə Rəqsanənin restoranında olub" - VƏFA - VİDEO

"O biabırçı hadisə Rəqsanənin restoranında olub" - VƏFA - VİDEO
ŞOU-BİZNES / Video

04 may 2021, 11:54

Mətn ölçüsü

"Rəqsanə xanım "İnstagram"ı canlı yayımını açmadan bir gün öncə onun restoranında uşaq ad günündə idim. Rəqsanə gəldi ki, burada biabırçı hadisə olub".

News24.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova ARB-də yayımlanan "Bazar düzü" verilişində deyib. İfaçı bildirib ki, Rəqsanə İsmayılovanın haqqında danışdığı müğənni həmin hərəkəti elə onun restoranında edib: "Bir xanım müğənni orada biabırçı hərəkətlər edib. Həmin hadisə haqda musiqiçilər, Rəqsanə adını çəkərək danışırdılar. Mən tanıyıram o xanımı. Ailəli, uşağı olan xanımdır. Həmin xanım Rusiyada o həyatı açıq-aşkar yaşayır, gizlin yox".

Qeyd edək ki, Rəqsanə Rusiyada işləməyə gedən ifaçılarımızın ünvanına "Toydan sonra evinizə gedin. Kişilərlə oturub, başqa hərəkətlər etməyin" sözlərini söyləyib.

Sevda Bayramova Sevda Bayramova

YouTube