"Arif Quliyevin vəziyyəti pisləşdi" - AÇIQLAMA

"Arif Quliyevin vəziyyəti pisləşdi" - AÇIQLAMA
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

04 may 2021, 14:54

Mətn ölçüsü

"Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib".

Bu sözləri News24.az-a açıqlamasında "Yeni klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib. Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir: "Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir".

Sevda Bayramova Sevda Bayramova