Pərvin Abıyeva keçirdiyi yarışdakı DƏLƏDUZLUQDAN DANIŞDI

Pərvin Abıyeva keçirdiyi yarışdakı DƏLƏDUZLUQDAN DANIŞDI
ŞOU-BİZNES

08 may 2021, 16:10

Mətn ölçüsü

Aktrisa Pərvin Abıyeva "İnstagram"da ona ünvanlanan sualları cavablandırıb.

News24.az xəbər verir ki, izləyicilərindən biri ondan yarış keçirməməsinin səbəbini soruşub. Aktrisa sualı bu cür cavablandırıb: "Yaralı yerimdən biridir. Bu maşın yarışından sonra gözüm elə qorxub ki... İstəmirəm insanların mənə olan inamı itsin. Hələ də bilmirəm bu maşını udan götürüb, ya yox. Nə udan xanımdan xəbər var, nə də yarışı keçirən qazi təşkilatçımızdan. Nə deyim, heç kimin babalını yumaq istəmirəm".

Sevda Bayramova Sevda Bayramova