Röya “Qəribə dünya”nı təqdim etdi - VİDEO

Röya “Qəribə dünya”nı təqdim etdi - VİDEO
ŞOU-BİZNES / Video

09 may 2021, 12:02

Mətn ölçüsü

Xalq artisti Röya Ayxan “Qəribə dünya” adlı yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, ekran işi ötən ilin yazında sərt qapanmalar zamanı Bakı küçələrində çəkilib.

R.Ayxan klipi və yeni mahnısı barədə bunları deyib: "5 ildir bu mahnının üzərində çalışırıq. Sonuncu dəfə dünən gecə mahnıda dəyişiklik edilib. İlk dəfə səhnəyə çıxdığım gün kimi həyəcanlıyam. Cəmi 5 nəfərə icazə aldıq. Bom-boş küçələrdə çəkilişlərdə 5 nəfər bir də polislər var idi. Bakını ilk dəfə idi belə görürdüm. Çox ağır idi bunu görmək". 

Qeyd edək ki, mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur.

Layihənin rejissoru Əli Fərhad, prodüseri isə Vüsal Rzazadədir.

Sevda Bayramova Sevda Bayramova

YouTube