Ana olan Ümmandan yeni duet-mahnı
    • 31-10-2018, 10:54
    • 1 482

Ana olan Ümmandan yeni duet-mahnı

Ötən il ana olan müğənni Ümman sənətində yaranmış fasiləyə son qoyur. 

Artıq qızı İlaydanın 1 yaşı tamam olan müğənni ötən gün “Düşünmə unutmuşam” adlı yeni mahnısını təqdim edib. Professional sənətə gəldiyi vaxtdan repertuarında pop-rok mahnılara yer verən Ümmanın yeni mahnısı tamamilə fərqli janrdadır. Üstəlik də mahnını duet oxuyub. Duet ortağı mahnının söz və musiqi müəllifi Tural Davutludur.
Yeni mahnını təqdim edirik.

Azər Nəsibov