İradə Mehrinin Damlaya qarşı aqressiyasının səbəbi... - FOTO
    • 31-10-2018, 13:17
    • 1 921

İradə Mehrinin Damlaya qarşı aqressiyasının səbəbi... - FOTO

Müğənnilər Damla və İradə Mehrinin hazırda münasibətlərinin kəskin olduğu bəllidir.

Halbuki bir vaxtlar ikisi yaxın rəfiqə idilər. Hətta hər yerə demək olar ki, birgə gedirdilər - ta o vaxta qədər ki, mahnıya görə kəskin düşmən oldular. Əvvəl Damla İradənin repertuarında yer alan "Aldandım" adlı mahnını müəllifin izni ilə "Sevmişdim" adlı ilə oxuyub, repertuarına saldı. Hətta rəngli klip də çəkdirdi. Ardından qəfil İradə çıxıb hər yerdə Damlanı bu hərəkətinə görə əxlaqsız adlandırdı. Onun bu açıqlanması çox tərəfindən aqressiya ilə qarşılandı. "Əxlaqsız" sözünə görə damlasevərlər onu təhqir də etdilər.
İradənin dediyinə görə Damla haqda belə kəskin çıxışı səbəbsiz deyil. Bildirib ki, Damla sözügedən mahnını məhz "rəfiqəsinin" acığına oxuyub. Hətta oxuduqdan sonra yaxınlarının yanında "əcəb etmişəm, ondan yaxşı oxumuşam" - deyib. Onun bu ifadələri İradəyə çatdırılıb və məhz bundan sonra İradədə Damlaya qarşı aqressiya yaranıb.

"Rəfiqələrin" bu ilin əvvəlində Damlanın ad günündə birgə çəkdirdikləri fotonu təqdim edirik.

News24.az