USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 17°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 15°C
  • ŞƏKİ 15°C
  • QUBA 13°C
  • NAXÇIVAN 15°C

Rəqsanə Təranə ilə yaşadığı qalmaqaldan yazdı

ŞOU-BİZNES / SİYASƏT

Mətn ölçüsü

Müğənni Rəqsanə İsmayılova insan alverinə görə həbs olunan keçmiş prodüseri və düşmən münasibətində olduğu Təranə Səmədova haqda fikir bildirib..

News24.az xəbər verir ki, ifaçı şəxsi instagram hesabında prodüser haqda paylaşım edərək bunları yazıb:

“Bu gün baxıram sadəcə bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın. Baxın, bu gün onun yaşadıqlarını mən və ailəm yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, o qardaşlar indi həbsdədir. Uşağımın adına açılan odnoklassnik hesabı, bacımın, anamın başına gətirilən oyunlar… Mən bu günə kimi dözdüm. Yazdılar, dedilər, amma dözdüm. Ailəmin  arxasında oldum. Nələr çəkmişdim, bir Allah bilir, bir də mən…

Təranənin bu gününə sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır. Heç kimə pislik etməyin. Kiminsə çörəyini yeyib, ayağının altını qazmayın.

Bu gün bəzi jurnalistlər baxıram pis olublar, ürəkləri ağrıyır. Amma mənim başıma gələnləri yazıb, insanların gözündən salırdınız, reytinq qazanırdınız. Nələrin olub keçdiyini bilmirdiz.

Təranə hər yerdə məndən danışıb haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə hesab açıb nələr etdin. Övladım məktəbə getməyə utanırdı.

Dünən bu hadisələri oxuyanda bütün həyatım gözümün qarşısından keçdi. Dedim ki, Rəqsanə, sən nələrə dözüb sinə gəlmisən.  Hanı o qardaşlar? Hamısı həbsdədir. Onlarla əlbir oldun mənə nələr etmədinin. Üzümə bəlkə də yalan yerə 40 nəfər adam qoydunuz.

Heçnə də sübut olunmadı. Qanun isə işə xitam verdi. O qədər yazası sözüm var...

Yenə də deyirəm özünə görə yox, çünki özü bu günə qədər yaşadıqlarını mənə çox yaşadıb. Allah körpə balasına və anasına görə onun qapısını açsın. Uşağın və anasının heç bir günahı yoxdur. Bu günə qədər mən nə onun övladının nə də anasının adını çəkməmişəm. Çünki mən də anayam, anam var və övladlarım var.

Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin və nələrə əl atdın. Allah səni balana və anana görə bağışlasın. Belə günə sevinən gərək insan olmasın.

Elə bir ürəyə sahibəm ki, yenə də onun ailəsinə kömək olaram. Çünki bilirəm onların heç kimi yoxdur. Bir il tez gəlib keçər inşallah. Övladının yanında olarsan”.

Teymur Məmmədov

Xəbəri paylaş: