Fahriye Evcen hamiləliyindən danışıb

Fahriye Evcen hamiləliyindən danışıb
ŞOU-BİZNES / SİYASƏT

01 noyabr 2018, 13:57

Mətn ölçüsü

Uşaq gözləyən Burak Özcivit və Fahriye Evcen cütlüyü yaşadıqları bu xoşbəxt anlardan danışıblar.

Evcen bundan yana xoşbəxt və həyəcanlı olduqlarını dilə gətirib. "Uşaq gözləmək əvəzsiz və çox gözəl bir hissdir"- deyə, şərh edən aktrisa hamiləlik prosesində heç kəsdən tövsiyə almadığını vurğulayıb. Ardından bununla bağlı kitablar da oxumadığını bildirərək "onsuz da qadın hamilə olanda nəyin necə getdiyini hiss edirsən" - deyib.

Cütlük "uşağınızın cinsiyyəti məlumdurmu?" - sualına isə "hələ məlum deyil" cavabını veriblər.