Ramiz Əzizbəylinin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Ramiz Əzizbəylinin son vəziyyəti ilə bağlı AÇIQLAMA
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

02 iyun 2021, 10:18

Mətn ölçüsü

Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin səhhəti yenidən pisləşib.

Aktyorun qızı Cəlalə Əzizbəyli News24.az-a açıqlamasında bildirib ki, atasının vəziyyəti ağırdır: "Atam reanimasiyadadır. Vəziyyəti ağırdır. Bildiyiniz kimi, bu xəstəliyin çox ağır simptomları var. Buna görə də, həkimlər onun səhhəti ilə bağlı konkret olaraq hələ heç nə demirlər".

Qeyd edək ki, Xalq artisi R.Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sevda Bayramova Sevda Bayramova