Süni nəfəs aparatına qoşulan Xalq artistinin vəziyyəti AĞIRDIR

Süni nəfəs aparatına qoşulan Xalq artistinin vəziyyəti AĞIRDIR
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

08 iyun 2021, 11:25

Mətn ölçüsü

"Ramiz müəllimin səhhəti ağır qiymətləndirilir, heç bir dəyişiklik yoxdur".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli deyib.

O, bildirib ki, aktyorun səhhəti çox ağırdır: "Bir az düzəlmişdi, amma sonra yenə ağırlaşdı. Müalicəsi reanimasiya şöbəsində davam edir. Hazırda süni nəfəs aparatına qoşuludur".

Qeyd edək ki, Ramiz Əzizbəyli koronavirusdan əziyyət çəkir.

Sevda Bayramova Sevda Bayramova