"Xəstələnib-sağalmışam, amma hələ də efirə çağırmırlar"- XALQ ARTİSTİ

"Xəstələnib-sağalmışam, amma hələ də efirə çağırmırlar"- XALQ ARTİSTİ
ŞOU-BİZNES

08 iyun 2021, 15:21

Mətn ölçüsü

"Deyəsən, yavaş-yavaş bütün sınaqlardan üzüağ çıxıram. Pandemiya dövrü də bitməyə doğru gedir. Görək, vəziyyət necə olacaq".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. O, bildirib ki, ay yarım qabaq koronavirus keçirib: "Evdə müalicə olundum, çox ağır keçirmədim. Evdə ancaq mən tutdum. İnanın, heç bilmədim bu xəstəliyə harda yoluxdum. Amma düşünürəm, o ərəfədə evimizdə usta işləyirdi, onlardan yoluxdum. Qəribəsi odur ki, peyvənd vurulandan iki gün sonra  öskürməyə başladım və aydın oldu ki, koronavirusam. Görünür, yaş öz işini görür. Yaşımla bağlı danışmaq istəməsəm də, reallıq budur".

Xalq artisti səhnə üçün çox darıxdığını da vurğulayıb: "İki aydır zümzümə belə edə bilmirəm. Oxumaq üçün çox darıxmışam. Televiziyalar koronavirus keçirdiyimdən xəbərdar idilər. Ona görə məni efirə dəvət etmirdilər. Yəqin bundan sonra çağırarlar. Çünki yeni mahnılarım var, onların üzərində çalışıram".

Sevda Bayramova Sevda Bayramova