"Atamın dəfninə çata bilmədim" - YUSİF EYVAZOV - VİDEO

"Atamın dəfninə çata bilmədim" - YUSİF EYVAZOV - VİDEO
ŞOU-BİZNES / Video

09 iyun 2021, 11:33

Mətn ölçüsü

Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV telekanalında yayımlanan "Sekret na million"un qonağı olub.

News24.az xəbər verir ki, veriliş zamanı bir çox sirrləri açan sənətmi mərhum atasından da söhbət açıb: "Atam mənə dəstək olan yeganə və ilk insan idi, amma uğurlarıma şahidlik edə bilmədi.  Mənə sonradan dedilər ki, onun səsimin yazıldığı diktofonu var idi, onu dostlarına qulaq asmağa verirdi, amma mənə heç nə demirdi. Bakıya gələndə ilk işim onun məzarını ziyarət etmək olur. Çünki ona çox şeyi deyə bilmədim. Onunla danışa bilmədiyimə görə təssüf hissi keçirirəm. Ölümündən iki gün əvvəl onunla telefonla söhbət etdik. Hər şeyin yaxşı olduğunu dedi və xahiş etdi ki, gəlməyim. Onun böyrək çatışmazlığı var idi. Onun dəfninə çata bilmədim. Bir müddət sonra gəldim. Fiziki olaraq vaxtım yox idi, yay idi, iyul ayı idi, dərhal dəfn olunmalıydı, məndə də alınmadı..."

Sevda Bayramova Sevda Bayramova

YouTube