Zaur Kamalla Rəqsanənin əri dalaşdı

Zaur Kamalla Rəqsanənin əri dalaşdı
ŞOU-BİZNES / SİYASƏT

06 noyabr 2018, 14:30

Mətn ölçüsü

Xəzər TV-də yayımlanan 5/5 verilişinin aparıcısı Zaur Kamal, müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı ilə yaşadığı qalmaqaldan danışıb.
 
News24.az xəbər verir ki, aparıcı verilişində deyib ki, proqramda etdiyi şou Rəqsanənin yoldaşını əsəbiləşdirib:

"Moskvaya toya getmişdim, 45-50 yaşlı kişi yaxınlaşıb dedi ki, Rəqsanənin həyat yoldaşıyam. Gətirib cibimə 500 dollar qoydu. 

Sonra bir gün Rəqsanə və qızı verilişə gəldilər, şou etdik. Kişi əsəbiləşib. Mənə zəng etdi, söz-söhbət başladı, dalaşdı. Rəqsanə də ortada qaldı. Qorxaq biri deyiləm, başımı kəssələr də, sözümü deyəcəm".