"Eurovision-2019"da 42 ölkə iştirak edəcək - SİYAHI
"Eurovision-2019" mahnı müsabiqəsi 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki Ekspo Mərkəzində keçiriləcək.
Avropa Yayım Birliyinin (EBU) Mətbuat xidməti xəbər verir ki, müsabiqədə 42 ölkə iştirak edəcək.
Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.
Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.
"Eurovision-2019"-da iştirak edəcək ölkələrin siyahısı:
AZƏRBAYCAN, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya.
MƏDƏNİYYƏT / SİYASƏT
“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olunub08 yanvar 2019, 18:30
ŞOU-BİZNES / SİYASƏT
Azərbaycanın "Eurovision 2019" da çıxış edəcəyi vaxt açıqlanıb29 yanvar 2019, 12:26