Hande Erçel ürəyincə olmayan təklifi qəbul edib
    • 7-11-2018, 16:44
    • 4 481

Hande Erçel ürəyincə olmayan təklifi qəbul edib

Türkiyənin TRT1 kanalında yayımlanacaq "Halka" serialında Serkan Çayoğlunun tərəf müqabili Hande Erçelin olacağı iddia edilmişdi.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istehsalçı şirkət aktrisaya kastinqə qatılması və sınaq çəkilişində iştirak etməsini təklif edib. Amma belə təklif Handenin ürəyincə olmayıb. Professionallığı haqda yüksək fikirdə olan aktrisa "indən belə nə sınaq çəkilişi?" - deyərək, sərt reaksiya verib. Handenin yersiz reaksiyasından sonra istehsalçı şirkət qadın baş rolunu başqa aktrisaya təklif etməyi planlaşdırıb. Lakin Handenin meneceri aktrisanı çəkilişlərdə iştirak etməsi üçün xeyli dilə tutub. Bundan sonra, Hande sınaq çəkilişlərinə razılıq verib.

Hande Erçel sonuncu oynadığı "Kara inci" serialında göstərdiyi performansla tamaşaçıların mənfi reaksiyası ilə qarşılaşmışdı. Çoxu onu istedadsız adlandırmışdı...

News24.az