"Evdə qızlarına sahib ola bilməyənlər, indi övladına boşanmış qadın almaq istəyir" - VİDEO

"Evdə qızlarına sahib ola bilməyənlər, indi övladına boşanmış qadın almaq istəyir" - VİDEO
ŞOU-BİZNES / Video

21 iyul 2021, 18:23

Mətn ölçüsü

“Zamanla o dərəcəyə gəlib çıxmışıq ki, bu gün boşanmış qadına şükür edirlər. Evdə qızlarına sahib ola bilməyənlər, indi övladına boşanmış qadın almaq istəyir".

News24.az xəbər verir ki, bu açıqlamanı teleaparıcı Vüsalə Kərimova "Senzurasız" layihəsinin qonağı olarkən ifadə edib. Həyat yoldaşından boşanması haqda danışan aparıcı bu gün onunla dost olmasını bildirib. Lakin boşanmış qadınların bu gün cəmiyyətdə əziyyət çəkdiyini bildirib: “Boşanmış qadınsansa, heç kəsi sevməməlisən. Yanında bir kişi olsa, mütləq onu yapışdıracaqlar ki, filankəslədir. Niyə? Çünki boşanmış qadındır. Boşanmış qadının məgər namusu yoxdur? Təəssüf ki, kənardan kimisə daşa basmaq çox asandır. Bəlkə də mən həyatımda 2-3 dəfə sevmişəmsə, o insanlar ayda 2-3 dəfə seviblər".

V. Kərimova daha sonra illərdir adının müğənni Yaşar Cəlilov ilə eşq yaşadığı barəsində yayılan söz-söhbətə də aydınlıq gətirib: "Bu ittihamları səsləndirən insanlar başıboş insanlardır. İnciməsinlər. Vüsalə 2010-cu ildən Yaşarla çalışır. 10 ildən çoxdur. Bu müddətdə Yaşar evlənib də, boşanıb da, nişanlanıb, ayrılıb da. Bunların hamısından mən daha əvvəldən olmuşam. Əgər nişanının qaytarılmasında günahkar mənim idimsə, mən bu qədər güclü qadınamsa, heç onu nişanlanmağa qoymazdım da. Niyə nişanlandırıb, sonra qaytazdırıram ki, hələ üstümə də şər atsınlar ki, Vüsalə edib. Biz etmə-bulma dünyasında yaşayırıq. Əgər onların taleləri belə gətiribsə, demək ki, onlar da hardasa nəsə edib ki, belə tale ilə qarşılaşır".

V. Kərimova həmçinin atası, Əməkdar artist Vaqif Kərimovdan imtina etməsi haqda ilk dəfə şok açıqlamalar edib.

Sevda Bayramova Sevda Bayramova

YouTube