Nadir Qafarzadə: "Gərək onda biz boşanaydıq..." - VİDEO

Nadir Qafarzadə: "Gərək onda biz boşanaydıq..." - VİDEO
ŞOU-BİZNES / Video

22 iyul 2021, 10:36

Mətn ölçüsü

"Mənim həyat yoldaşım yaradıcılığıma qarışmır. Ona ümumiyyətlə Azərbaycan şou-biznesi maraqlı deyil. O heç bilmir şou aləmində nələr və kimlər var. Ancaq ailəmizlə maraqlanır. Bu dəqiqə başı oğlumun toy hazırlıqlarına qarışıb. Mən elə insanları sevirəm ki, başı ailəsinə qarışır".

News24.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində deyib. O, bildirib ki, həyat yoldaşı Sevinc xanım onu sənətdə dəstəkləyir və hər şeyi anlayışla qarşılayır: "Yoldaşım məni anlayır, deyir ki, sən sənətdəsən, bu sənin işindir. Mən aktyor olsaydım, hər gün bir xanımla rol oynasaydım, qısqansaydı, gərək onda biz boşanaydıq. 28 ildir bir yerdəyik. Sadəcə bəzi rəylər bizi narahat edir. Yazırlar ki, yazıq bunun arvadı bunun əlindən nələr çəkir ? Narahat olmayın, onun dərdi yoxdur, siz öz dərdinizi çəkin". 

Sevda Bayramova Sevda Bayramova

YouTube