"Məni ac saxlayırlar" - AYNİŞAN

"Məni ac saxlayırlar" - AYNİŞAN
ŞOU-BİZNES

22 iyul 2021, 10:50

Mətn ölçüsü

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Ukraynaya yollanıb.

News24.az xəbər verir ki, bu barədə Aynişan "İnstagram"da yazıb: "Bilmirəm inanacaqsınız, ya yox… Amma ilk meditasiya zamanı (bir neçə ay öncə) xəyal gücüm məni məhz buraya gətirirdi. Heç vaxt görmədiyim və olmadığım yerə… Bu meşəyə və bu skamyanın yanına… Və enerjim məni buraya gətirdi. Bu gün artıq real olaraq bu skamyada əyləşib meditasiya etdim. Düşüncələrinizə qarşı məsuliyyətli olun. 10 gün müxtəlif müalicələr alacam, demək olar ki, ac saxlayırlar. Duz, şəkər və un qətiyyən olmaz. Bu, arıqlama proqramı deyil, bütün bədən və ruhunuzun təmizlənməsi baş verir".


Sevda Bayramova Sevda Bayramova