Miss İnternational 2018 Venesuella gözəli oldu - VİDEO
    • 12-11-2018, 10:34
    • 1 143

Miss İnternational 2018 Venesuella gözəli oldu - VİDEO

Noyabrın 9-u Yaponiyanın paytaxtı Tokio şəhərində 58-ci beynəlxalq "Miss İnternational 2018" gözəllik müsabiqəsi keçirilib.

Müsabiqənin bu dəfəki devizi "Cheer All Woman" olub. Müsabiqədə 77 ölkənin gözəlləri iştirak ediblər. 

İştirakçılar podiuma çimərlik, gecə və milli geyimlərdə çıxıblar. Sonra münsiflərin qərarı ilə qaliblər müəyyən olub. Müsabiqənin əsas qalibi - "Miss İnternational 2018" titulunun sahibəsi 20 yaşlı Venesuella təmsilçisi Mariem Klaret Verasko Qarsiya olub. 
Digər qaliblər Filippin, Cənubi Afrika, Rumıniya və Kolombiya gözəlləri olublar.

News24.Az