67 yaşlı Madonna ona ərə gedir
Şou
67 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı futbolçu Akim Morrislə gizli şəkildə nişanlanıb.
News24.az “Radar Online” nəşrinə istinadən xəbər verir ki, müğənni artıq bir neçə ildir görüşdüyü gənc sevgilisi ilə toya hazırlaşır.
Cütlük hələ mərasim üçün dəqiq tarixi müəyyən etməyib və uyğun məkan axtarışındadırlar. Mümkün yerlər arasında İtaliya, Portuqaliya və İst-Hemptondakı bir malikanə var.
“Təbii ki, o, nikah müqaviləsi bağlayacaq. Akim buna etiraz etmir. Görüşməyə başladıqdan bəri bütün məxfilik şərtlərinə razılıq verib”, - deyə ifaçıya yaxın mənbə bildirib.