Rəqsanənin əkizlərinin halı pisləşib-VİDEO
    • 13-11-2018, 11:19
    • 1 699

Rəqsanənin əkizlərinin halı pisləşib-VİDEO

Hazırda Moskvada yaşayan məşhur müğənni Rəqsanə İsmayılovanın yenicə doğulmuş əkizlərinin halı pisləşib.

News24.az xəbər verir ki, xəstəxanadan Tarix Əliyevin canlı efirinə qoşulan ifaçı uşaqların yarımçıq dünyaya gəldiyi üçün problem yaşadığını bildirib: “Bu gecə səhərə kimi klinikada olmuşuq. Oğlanı doğulan gündən klinikadan çıxara bilməmişdik. Qız nisbətən yaxşı idi. Bu gecə onun da halı pisləşib.

Uşaqlar yarımçıq doğulub və çəkiləri çox azdır. Oğlan 1.300 qız 1.450”.  Tolikin verilişinin qonaqları sırasında Rəqsanənin böyük qızı Aysun İsmayılova da var. Anasının səsini eşidən gənc ifaçı göz yaşlarına hakim ola bilməyib.