Roza Zərgərli: "Qalib olmaq vacib deyil"
    • 15-11-2018, 11:30
    • 1 478

Roza Zərgərli: "Qalib olmaq vacib deyil"

Türkiyənin "Altın Kelebek" mükafatlandırmasına Azərbaycandan namizəd olan Roza Zərgərli bu haqda düşüncələrini bölüşüb.

Onun fikrincə Azərbaycandan nazmizəd olan bütün 7 xanım mükafata layiqdir. Özüqarışıq namizədləri 7 gözəl adlandıran müğənni bildirib ki, onun üçün əsas amil adının namizədlər sırasında olmasıdır, nəinki qalibiyyət: "Əslində biz 7 gözəl deyil, 77 gözəlik... Bizdən sözügedən mərasimə namizəd olan hər bir xanım qalib olmağa layiqdir. Amma mənim üçün bu, o qədər də vacib deyil. O qədər müğənnilər arasından seçilib, namizədlər sırasında yer almaq çox qürurvericidir".

Azər Nəsibov