Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Estrada Mahnı Festivalı –VİDEO & FOTO
    • 19-11-2018, 19:00
    • 1 508

Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Estrada Mahnı Festivalı –VİDEO & FOTO

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “Beat Group”un təşkilatçılığı ilə uşaqlar üçün sayca ikinci dəfə “Zima” Beynəlxalq Estrada Mahnı Festivalı start götürüb.

News24.az xəbər verir ki, 3 ay ərzində kastinqlərdən uğurla keçən 6-16 yaş arası uşaqlar 16 fevral 2019-cu ildə Heydər Əliyev Sarayında qala konsertdə səhnəyə çıxacaq.

Layihə üzərində peşəkar mütəxəssislər qrupu çalışır. Onların sırasında quruluşçu rejissor, əməkdar incəsənət xadimi Ülviyyə Könül. Musiqi prodüseri Rüstəm Rzayev, vokal müəlliməsi, Ukraynanın əməkdar artisti Rimma Şapovalova var.

Rejissor Ülviyyə Könül layihə haqda danışarkən tələblərinin öncəki il ilə müqayisədə daha çox olacağını bildirib:

““Zima” mənim üçün xüsusi layihədir. Bu il bir çox yeniliklərimiz olacaq. Öncə onu qeyd edim ki, festival televiziya layihəsi statusunu aldı və bu işdə bizə “İctimai” kanal dəstək oldu.  3 ay ərzində telekanal layihə ilə bağlı bütün hazırlıqları izləyə biləcək.

İkinci xəbər isə ondan ibarətdir ki, “Zima” sərhədlərini genişlədərək beynəlxalq festival oldu. Bütün iştirakçılarmız diplom və sponsorların hədiyyələri ilə mükafatlandırılacaq. Çünki bizim festival yarışma xarakterli deyil”.

Vokal müəlliməsi R. Şapalova Azərbaycanda olmaqdan qürur duyduğunu deyib:

“Yeni mövsümdə yeni ulduzların yaranacağına şübhəmiz yoxdur. Biz uşaqları qala konsertə hazırlayacağıq. Layihəyə ilk dəfə olaraq Azərbaycanın estrada ulduzları qoşulacaq. Onların kimliyini isə uşaqlar təyin edəcəklər və konsert günü səhnədə duet  ifa edəcəklər”.

İTV-nin Musiqili-Bədii və Xüsusi Layihələr Departameninin rəhbəri Leyla Quliyeva beynəlxalq statuslu layihəyə xaricdən olan uşaqların da qatılacağını vurğulayıb.

“Zima” Beynəlxalq Estrada Mahnı Festivalına qatılmaq üçün Hər hansı bir dildə ən sevimli mahnını oxumaq və videoya çəkmək, daha sonra isə görüntünü (050) 238 08 08 “WhatsApp” nömrəsinə göndərmək lazımdır.

Teymur MƏMMƏDOV