Röya "Problemdi sevgimiz" - VİDEO
    • 20-11-2018, 12:39
    • 2 319

Röya "Problemdi sevgimiz" - VİDEO

Əməkdar artist Röya Ayxan yeni mahnısını təqdim edib. 

News24.az xəbər verir ki, "Problemdi sevgimiz" adlı mahnının sözləri Cavid Əhmədova, musiqisi Pərviz Mahmudova aiddir. 

Sevilən ulduz tezliklə sözügedən mahnıya çəkilən klipi də sevənlərinin ixtiyarına verməyə hazırlaşır. 

Məlumat üçün bildirək ki, mahnının mövzusu ifaçı tərərfindən sifariş olunub. Hətta mahnıda "Problemdi sevgimiz", "Dedi-qodu" və s. kimi bəzi sözlər də R.Ayxanın xüsusi istəyi ilə istifadə olunub.

Qeyd edək ki, "Problemdi sevgimiz" Röya Ayxanın bəstəkar Pərviz Mahmudovla ilk işbirliyi deyil. İfaçı bundan öncə P.Mahmudov yaradıcılığından "Bir il keçdi", "Mən sənsiz", "Çarəsiz xəstəlik", "Son görüş" kimi hit mahnıları səsləndirib.

Teymur MƏMMƏDOV