“Fəlakət”: “Qonorar məni qəne etdi, razılaşdım” – Təqdimatdan – FOTOLAR - VİDEO
    • 21-11-2018, 11:28
    • 1 503

“Fəlakət”: “Qonorar məni qəne etdi, razılaşdım” – Təqdimatdan – FOTOLAR - VİDEO

Ötən gün “Gənclik Mall”da yerləşən “Cinema Plus” kinoteatrında “Fəlakət” filminin təqdimat mərasimi keçirilib. 

News24.az xəbər verir ki,  baş rolunu Elşən Orucovun canlandırdığı ekran işi “Cinemazadeh” kinoşirkətinin imzası ilə tamaşaçılara təqdim olunub. 
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissoru Emil Quliyevdir. 

Qala gecədə “Fəlakət”in aktyor heyəti, tanınmış simalar və media nümayəndələri iştirak edib. 

Öncə xüsusi ayrılmış otaqda jurnalistlərin suallarını cavablandıran aktyorlar daha sonra stendin qarşısına keçib və film haqd ərtaflı məlumat veriblər. 

“İlk dəfədir ki, “Fəlakət” kimi tək çəkilirəm. Mənim üçün riskli və məsuliyyətli iş idi. Amma komandadan arxayın idim. Peşəkar insanlardır. Həm də film üçün alacağım qonorar məni qəne etdi, razılaşdım. İnanıram ki, “Fəlakət”lə insanların simasında gülüş yarada biləcəyik”.

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV