Nail Naiboğlundan açıqlama: "Heç kimə dəvətnamə verməyəcəyəm, ürəyi istəyən bilet alıb gəlsin"
    • 21-11-2018, 11:59
    • 916

Nail Naiboğlundan açıqlama: "Heç kimə dəvətnamə verməyəcəyəm, ürəyi istəyən bilet alıb gəlsin"

Xəbər verdiyimiz kimi, rejissor Nail Naiboğlu ad gününü “Gülüm” adlı böyük konsert proqramı ilə qeyd edəcək.

20 dekabr saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq tədbirdə yerli məşhurlarla yanaşı xarıcı tanınmış simalar da iştirak edəcək.

Rejissor ondan konsert üçün dəvətnamə istəyənlərə səslənib:

“Hər zaman hər kəsin uğuruna sevinmişəm, yanında olmuşam. Cibimdən pul verib bilet almışam ki, xeyir verim. İndi mən edirəm. Kim istəyər, bilet alıb gələr. Heç kimə dəvətnamə göndərməyəcəyəm. Yəqin ki, heç kim də məndən küsməz”.

Qeyd edək ki, biletlər şəhərin kassalarında satılır.

//News24.az