Didəm Soydan : “Mən türk düşməni deyiləm!” - FOTO
    • 21-11-2018, 12:19
    • 1 786

Didəm Soydan : “Mən türk düşməni deyiləm!” - FOTO

Məşhur model Didəm Soydan yeni bir moda çəkilişi üçün kamera qarşısına keçib.  Soydanın yarı çılpaq fotoları qısa zamanda izləyiciləri tərəfindən xeyli sayda  bəyənilib.

News24.az xəbər verir ki, bir çox insan sözügedən modelin yarı çılpaq fotolarını bəyənsə də, izləyicilərindən biri onu qınayıb və “Türkiyədə yaşayan türk düşməni” şərhini yazıb.

Şərhə qəzəblənən model, yazılan mənfi sözləri cavabsız qoymadı : “Türk düşməni mən yox, siz olmalısız! Sizə düşmənəm mən - yəni cahilə, oxumuş cahilə! Amma mənim Atatürkümndən yadigar qalmış ölkəmə sevgidən başqa heç nəyim ola bilməz!”

Şəlalə AĞAYEVA