Aytən Səfərova üçüncü dəfə ana olacaq
    • 21-11-2018, 15:42
    • 2 807

Aytən Səfərova üçüncü dəfə ana olacaq

ATV-nin tanınmış xəbər aparıcısı Aytən Səfərovanın hamilə olduğu ortaya çıxıb.

Aparıcı üçüncü dəfə ana olmağa hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, Səfərova bir neçə aydan sonra analıq məzuniyyətinə çıxacaq.
Xatırladaq ki, "Maşın şou"da iştirak edərkən aparıcının hamilə olması ilə bağlı xəbərlər yayılmışdı. Lakin reper Uran onun yalan danışdığını iddia etmişdi.
Qeyd edək ki, A.Səfərovanın bir qızı və bir oğlu var.

//Open.az