Tanınmış musiqiçinin toyu oldu - VİDEO
    • 21-11-2018, 16:04
    • 3 109

Tanınmış musiqiçinin toyu oldu - VİDEO

Ötən gün tanınmış musiqiçi-aranjemançı Elvin İmanovun toyu olub.

Toy paytaxtda yerləşən şadlıq evlərinin birində baş tutub. İllərdir sevdiyi xanımla nəhayət ailə quran Elvinin toyuna işbirliyində olduğu bir sıra tanınmış müğənnilər təşrif buyurub. Toya gələn tanınmışlar sırasında Rauf Əhmədov, Murad Arif, Yaşar Yusub, Ceyhun Qala, Niyam Salami, Aytac Vidadiqızı və başqaları yeni ailə quran cütlüyü mahnı töhvələri ilə təbrik ediblər. Toyu ümumilikdə müğənni Amil Həsənoğlu idarə edib.

News24.Az