Tolik İlhamə Quliyevanın repertuarından oxuyacaq - VİDEO
    • 22-11-2018, 12:10
    • 1 091

Tolik İlhamə Quliyevanın repertuarından oxuyacaq - VİDEO

Aparıcı-prodüser Tolikin mahnı oxuması çoxlarını həvəsləndirib.

Ondan sonra əksər aparıcılar da oxumaq eşqinə düşüblər. Hətta Elgiz də aparıcısı olduğu proqramda tərəfdaşı Gülnarla oxudu. Tolikin buna reaksiyası birmənalı olmadı: "Elgizin oxumağı normal idi, Gülnar isə..."
Ötən dəfə reklamarası oxuyan Tolik bu günkü efirində canlı oxudu. O, bu dəfə qonağı olan müğənni Orxan Babazadə ilə sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus "Ala gözlüm" mahnısını ifa edib.
Verilişində Tolik açıqlama verib ki, bu günlərdə mərhum sənətkar İlhamə Quliyevanın repertuarına müraciət edəcək. O, sənətkarın "Qara gilə" mahnısını ifa edəcəyini bildirib. 
Qeyd edək ki, Tolikin mahnı ifa etməsi bir çoxları tərəfindən bəyənilib.

Azər NƏSİBOV