20 il əvvəl vurduğu silləyə görə üzr istədi - VİDEO - FOTO
    • 22-11-2018, 13:38
    • 717

20 il əvvəl vurduğu silləyə görə üzr istədi - VİDEO - FOTO

Türkiyənin eks-manikenlərindən olan Sevda Demirel 20 il əvvəl qonağı olduğu proqramın aparıcısı Hande Ataizinə sillə vurmuşdu.

Vurduğu sillədən dolayı sonra peşman olan Demirel etiraflar edib. Bildirib ki, Hande ilə o cür davrandığı üçün çox peşmandır. Hətta barışması üçün dəfələrlə qarşı tərəfə mesajlar yollayıb. Hande öz növbəsində barışığı geri çevirib. Sevda isə Ataizi ilə barışmaqda israrlıdır: 
"Sillə hadisəsinin artıq bitməsini istəyirəm. Mən dəfələrlə Handeyə barışıq mesajları yolladım. Əvvəl-axır, ölümlü dünyadır... Biz əslində çox yaxşı partnyor ola bilərdik. İkimiz də o vaxt gəncdik, indi isə yaşa dolmuşuq... Hande səni üzmək, canını yandırmaq istəməzdim. Bilirəm, sən də verilişdə o sözləri mənə demək istəməmişdin. Artıq ikimiz də böyük qadınlarıq. Hətta sən anasan, daha da həssassan. Məncə ikimiz də o görüntülərdən heç də məmnun deyilik. O görüntülər ikimizi də çox zədələdi! Mənim barışıq təklifimi rədd etmə. Artıq məni kabusun olaraq görmə, məndən qaçma"! 

News24.Az