Azərbaycanlı müğənninin türk həmkarı ilə duet-klipi - VİDEO
    • 23-11-2018, 12:17
    • 1 788

Azərbaycanlı müğənninin türk həmkarı ilə duet-klipi - VİDEO

Uzun zamandır Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni ilk klipini təqdim edib. 

Müğənni Fərid Mərdin təqdim etdiyi klip "Error" adlanır. Mahnının söz və musiqisi, eləcə də aranjimanı müğənninin özünə aiddir. Sözügedən mahnını Fərid türk həmkarı Hira Okanla birgə duet ifa edib. 

Klip dustaqxana şəraitində çəkilib. Fərid və Hira klipdə dustaq obrazı canlandırıblar. Klipin rejissoru Onur Aldoğandır. Mahnı-klip Türkiyənin "Garaj" şirkətinin etiketi ilə yayımlanıb. 

Mahnının sonlarına yaxın müğənnimiz aranjimanda gözəl məqama toxunub. O, tar milli musiqi alətimizdə Bayatı-Şiraz muğamını ifa edib. Burda məqsəd muğamımızı o şəkildə türk gənclərinə tanıtmaq, təbliğ etmək olub. 

Qeyd edək ki, Fərid Mərd Türkiyənin tanınmış "Enbe" orkestrinin üzvüdür.

Azər NƏSİBOV