Acun Şeymadan boşanır - İDDİA
    • 26-11-2018, 10:22
    • 1 984

Acun Şeymadan boşanır - İDDİA

Türkiyəli məşhur aparıcı və "TV 8" kanalının rəhbəri Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşı ilə boşanacağı iddia edilir. 

News24.az xəbər verir ki, cütlük bu addımı bir müddətdir ki, aralarında yaranan problemə görə atmaq qərarına gəlib. 

Acun və Şeyma  cütlüyünün bu gün məhkəmədə qarşılıqlı razılaşma ilə ayrılacağı deyilir. 

Xəbər Acun Ilıcalı tərəfindən təsdiq edilib. Türkiyə kanallarından birində yayımlanan verilişə canlı telefon bağlantısı ilə qoşulan Ilıcalı "Bəli boşanırıq. Xəbərlər düzgündür" deyib.