Flora Kərimovanı ölümlə hədələdilər - VİDEO
    • 26-11-2018, 10:54
    • 954

Flora Kərimovanı ölümlə hədələdilər - VİDEO

Xalq artisti Flora Kərimova müzakirələrə səbəb olacaq açıqlama edib. 

News24.az xəbər verir ki, "ATV maqazin 10larla" verilişinə danışan ifaçı ölümlə hədələndiyini bildirib:

"Mən vəsiyyət edirəm. Başıma bir iş gəlsə səndən soruşacaqlar. Həmin adam özündən o qədər razıdır ki, məni təhqir edir. Heç olmazsa əməliyyat etdirərdin ki, o xal görünməyəydi.

78 yaşım var. Hələ mənim yaşıma çatıb ağlınızı itirməyəsiz. 4 insultdan sonra özünüzü, sözünüzü biləsiz. Bəsdirin məndən danışdız. Onsuzda Allah sizin acığınıza məni yanına aparmır. Yaradan övladlarımı düşünür. Qızım deyir ki, "Ana nə edirsən et, amma yaşa""