Elza Rasim Balayevə cavab verdi
    • 27-11-2018, 16:38
    • 1 330

Elza Rasim Balayevə cavab verdi

Xəbər verdiyimiz kimi, xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanı sərt tənqid edib. 

R.Balayev E.Seyidcahananın yazdığı şeirlərə irad bildirərək “Ona deyən yoxdur ki, get işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? İbrətamiz nə isə olsa buyur. Yoxdur axı...  Zövqlər korlanır” sözlərini deyib. 

News24.az olaraq məsələ ilə bağlı Elza Seyidcahanla əlaqə saxladıq. O, xalq artistinin onun haqda dediyi sözlərə belə münasibət bildirdi:

“Allah canını sağ eləsin. Sevinirəm ki, belə böyük sənətkar mənim haqqımda fikirləşir, söz deyir, məndən narahatdır”.

Teymur MƏMMƏDOV