Türkan Vəlizadə: "Öz içimizdə olan insanların nəfsi yıxdı məni" - MÜSAHİBƏ - VİDEO

Türkan Vəlizadə: "Öz içimizdə olan insanların nəfsi yıxdı məni" - MÜSAHİBƏ - VİDEO
ŞOU-BİZNES / MÜSAHİBƏ / SİYASƏT

28 noyabr 2018, 13:48

Mətn ölçüsü

2009-cu ildə təşkil olunan "Nar Star" müsabiqəsində münsif ikən seçimlər üçün təşkilatçılarla birgə ölkəmizin bir neçə bölgəsinə səfər etdik. İlk seçimimiz Gəncə bölgəsi üzrə keçirilirdi. Müsabiqənin seçim turuna bölgədən bir-çox müxtəlif yaşda iştirakçılar qatılmışdı. Qatılanlar sırasında bir qız ona dəstək olması üçün bacısı və anası ilə gəlmişdi. Onun çıxışından sonra gözüm ona dəstək olmağa gələn bacısına sataşdı. Çağırdım onu münsiflərin qarşısına. Tərəddüd etdi, amma gəldi. Balaca qara qız idi. Amma onda nəsə özəllik hiss etmişdim. Dedim ki, buyur, oxu. Çəkinə-çəkinə dedi ki, sadəcə bacısına dəstək olmağa gəlib, müsabiqəyə qatılmağa yox. Oxuması üçün israr etdim. Digər münsif həmkarlarım da oxumasını istədi. Özünü toplayıb, oxudu... Çox bəyəndik və... 
Qərar vaxtı tərəddüd içində idik. Çünki yaşı az idi, üstəlik də orta məktəbin sonuncu sinfindı idi... İsrar etdim seçək deyə. Münsif həmkarlarım razılaşdılar və Gəncə bölgəsi üzrə seçilən 3 iştirakçıdan 1-i oldu. Gözləmirdi, çaş-başlıq içində idi. Amma gözlərində artıq özünə inam işıltısı yaranmışdı...
"Nar Star"ın 30 iştirakçısı arasında artıq o da var idi. İlk canlı yayım zamanı müsabiqənin şərtinə əsasən əsas turlara qalacaq 16 nəfərdən 13 nəfər sms-lə, qalan 3 nəfəri münsiflər seçməli idi. Hər münsifin 1 nəfər iştirakçını 16-a seçmək şansı vardı. Mən onu seçdim. Çünki ona ümidim var idi. Əmin idim ki, bir gün Azərbaycanın tanınmış müğənnilərindən olacaq və oldu da. Düzdür, bu, bir az uzun sürdü, amma qismət. Demək ki, Allah onun tanınıb populyar olmağını bu günlərə yazıbmış. Tam 9 il sonra Azərbaycan onu tanıdı və böyük kütlə tərəfindən sevildi. 
Haqqında bəhs etdiyim o balaca qara qız bu gün Azərbaycanda yetərincə tanınan və sevilən müğənni Türkan Vəlizadədir! Müsabiqədən 9 il sonra qarşımda əyləşib, mənə müsahibə verir. Deyim ki, heç dəyişməyib. İlk vaxtlar necə sadə və səmimi idisə, bu gün populyar olmağına baxmayaraq, həmin yüksək insani keyfiyyətlərini özündə qoruyub, saxlamağı bacarıb. Əminəm ki, bundan sonra neçə-neçə 9 il keçsə də, populyarlığı artsa da o, dəyişməyəcək. 
"Üz-üzə" rubrikasının qonağı Türkan Vəlizadə ilə müsahibəmi oxuculara təqdim edirəm:

Azər NƏSİBOV
FOTO-VİDEO: Nurlan GÜLMƏMMƏDOV

YouTube