Azərbaycanlı müğənni 8 ildən sonra klip təqdim edəcək – FOTOLAR
    • 29-11-2018, 15:07
    • 1 036

Azərbaycanlı müğənni 8 ildən sonra klip təqdim edəcək – FOTOLAR

Müğənni Elmira Ələkbərzadə 8 ildən sonra yeni klipini təqdim etməyə hazırlaşır. 

News24.az xəbər verir ki, “Sevgi həsrəti” adlanan mahnının söz və musiqisi Kərim Abasova, aranjimanı isə Emin Muradova aiddir. 

İfaçı yeniliyi haqda bunları deyib:

“Klipin rejissoru Sahil Nəzərovdur. İmicim üzərində stilist Elnur Həsənov çalışıb. Ona təşəkkürümü bildirirəm. Ümumiyyətlə bu ekran işi üzərində gözəl komanda işləyib. İnşallah 1 həftəyə montaj və qrafika işləri bitəcək”.

Çəkilişlərdən olan görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV