Türkiyəli məşhur aktrisa Neslihan Atagül Bakıdadır.
News24.az xəbər verir ki, aktrisanın səfərinin məqsədi “Altın kelebek” mükafatlandırması ilə bağlıdır.
Sayca ikinci dəfədir ki, tədbirin mətbuat konfransında çıxış edən Neslihan Atagül azərbaycanlı media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, sabah paytaxt məkanlarından birində “Altın Kelebek” mükafanlandırmasında iştirak etməyə namizəd olan yerli məşhurların konserti baş tutacaq.
Xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Dilarə Kazımova, Roza Zərgərli, Xatirə İslam, Aysel Əlizadə və Səmra Rəhimli arasından seçiləcək məşhur sima, 9 dekabr tarixində baş tutacaq gecədə iştirak edəcək. Tədbirin aparıcıları aktyor Cem Davran və model Çağla Şikel olacaq.
Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV
ŞOU-BİZNES / SİYASƏT
"Altın Kelebek" mükafatlandırmasının aparıcıları onlar seçildilər28 noyabr 2018, 15:39