“Altın kelebek”in yerli “altınları” - VİDEO

“Altın kelebek”in yerli “altınları” - VİDEO
ŞOU-BİZNES / SİYASƏT

03 dekabr 2018, 16:05

Mətn ölçüsü

Ötən gün “Altın kelebek” mükafatlandırmasında namizəd olan azərbaycanlı ifaçıların konserti baş tutub. 

News24.az xəbər verir ki, tədbirdə yalnız xanımlar iştirak edib. Bundan başqa konsertə giriş xüsusi “Dress code”la yəni, geyimdə ağ, qara və qızılı rənglərdən istifadəyə icazə verilib. 

Onu da qeyd edək ki, konsert canlı yayım vasitəsilə “Xəzər” TV-də yayımlanıb. Lakin tədbirin ilk dəqiqələrindən konsertlə birgə texniki problemlər də yaşanıb. Tamaşaçılar konserti evlərində donmalarla izləməli olublar.  

Tədbirin aparıcısı olan bəstəkar-müğənni Murad Arif səhnəyə ilk olaraq xalq artisti Aygün Kazımovanı dəvət edib. 

“DUY” albomundan “Toy boy” mahnısını səsləndirən pop diva rəqqaslarla əsl şou nümayiş etdirib. Gecə üçün qara libas seçən A. Kazımova görüntüsü ilə də valeh edib. 

Xalq artistindən sonra isə müğənni Səmra Rəhimli “Badminton” mahnısını ifa edib. S.Rəhimli səhnəyə çıxarkən canını yıxılmaqdan son anda xilas edib. İfaçı tədbirin “Dress code”una uyğun olaraq qara rəngdə “body”nin üzərinə pencək geyinib. Səmranın çıxşı ərzində həyəcanlı olduğu da gözlərdən yayınmayıb. 

Mükafata növbəti namizəd Roza Zərgərli də rəqqaslarla birgə çıxış edib. O da digər həmkarları kimi, qara rəngə üstünlük verib. 

Geyimi ilə dilərlərindən fərqlənən isə Günay İbrahimli olub. Həmkarlarının tünd rəngli libasda qatıldığı konsert G.İbrahimli ağ rəngdə geyinib. Aygün Səmədzadənin müəllifi olduğu “Kaderinle barış” mahnısını yenilənmiş versiyada ifa edən müğənninin səhnəsində “semazen”in rəqsi xüsusi diqqət çəkib. 

Dilarə Kazımova da həmin gecə səhnədə əsl şou nümayiş etdirib.  “Azərbaycan” mahnısını səsləndirən müğənni rəqqaslarla birgə rəqs edib. Onun mahnısına uyğun şousu, geyimi və səhnə hərəkətləri çıxışı mükəmməl edib. 

Aysel Əlizadə isə son zamanlar Azərbaycanda sevildiyi qədər Türkiyədə də hitə çevrilən “Yandırdın qəlbimi” mahnısını ifa edib. Həmkarlarından geri qalmayan müğənni də rəqqaslara üstünlük verib. Lakin musiqinin fərqli tərzdə aranjiman olunduğunu düşünsək milli rəqqasların çıxışı o qədər də uğurlu alınmayıb. İfaçının libasına gəldikdə isə gecədə ən çox bəyənilən elə Aysel Əlizadənin geyimi olub. 

Konsertin sonu isə qalmaqalla yadda qalıb. Müğənni Xatirə İslam “Zülmətlərin övladı” mahnısı ilə səhnəyə çıxıb. Böyük həvəslə mahnısı ifa edən X.İslamı buna peşman ediblər. Onun çıxışı yarımçıq kəsilib və reklamlar yayımlanıb. Daha sonra isə efirə “Xəzər Xəbər” verilib. 

Bundan qəzəblənən Xatirə İslam instagramda canlı yayım açaraq təşkilatçıları tənqid edib. Özünə qarşı hörmətsizlik görən ifaçı mükafatlandırmaya xalq artisti Murad Dadaşovun istəyi ilə qatıldığını açıqlayıb. O, həmçinin gecə klublarında ödənişsiz çıxış etmədiyini və bunun üçün böyük qonorar tələb etdiyini də bildirib. “Altın kelebek”i önəmsiz mükafat sayan X.İslam qalib olacağı təqdirdə də Türkiyəyə yollanmayacağını da qətiyyətlə bildirib.



Onu da nəzərinizə çatdıraq ki, Xatirə də standar qara rəngə üstünlük verib. Lakin həmkarlarından fərqli olaraq o, səhnəni tək, yəni rəqqaslarsız idarə edib.  

Teymur MƏMMƏDOV

YouTube